2023-cü ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq, 12 mlrd. 810,7 mln. təşkil edib.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında yazıb.
Cabbarovun sözlərinə görə, bu müddət ərzində qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 19,3% artaraq 7 mlrd. 425,8 mln. olub:
“Vergi daxilolmalarında müsbət dinamikanı saxlamaq üçün biznes mühitinin şəffaflaşması və vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində fəaliyyətimiz davamlı olacaq”.