Azərbaycan və Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti arasında “yaşıl enerji” sahəsində potensial layihələrin reallaşdırılması müzakirə edilib.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb
“ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq”, – nazir qeyd edib.
M.Cabbarov bildirib ki, görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, “yaşıl enerji” sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə olunub.