Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin uçmuş dam örtüyü və muzeyi elektrik enerjisi ilə təmin edən xətlər bərpa edilib.
AzerTimes xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova məlumat yayıb.
“Yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının ev-muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı. Mədəniyyət Nazirliyi tərəfindən dərhal verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb”, – o bildirib.