Byazi millimizin qələbəsini şərh etdi: Razı qaldım, amma…

Byazi millimizin qələbəsini şərh etdi: Razı qaldım, amma…

Oyundan razı qaldım, amma daha yaxşısını edə bilərdik.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

“Sadəcə, buraxdığımız qola görə məyus olduq. Vəziyyəti daha yaxşı idarə etmək olardı. Müdafiəçilər yaxşı təsir bağışladılar. Çıxışlarından razı qaldım. Bəzi itkilər bizə təsir edir. Ümid edirəm ki, martda keçirəcəyimiz seçmə mərhələ oyunlarına kimi zədəlilər sıraya qayıdacaq”, – Byazi qeyd edib.

Teqlər: