Millimiz axır ki, azarkeşləri sevindirə bildi. Bu münasibətlə, hər kəsi təbrik edirəm.
AzerTimes xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin İsveçə 3:0 hesabı ilə qalib gəldikləri Avro-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, millinin baş məşqçisi Canni De Byazinin müqaviləsinin uzadılması məsələsi hələ müzakirə olunmur:
“Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda millimizin Belçika ilə oyunu var. C.Byaziyə uğurlar arzulamalıyıq ki, komandamız səfərdə yaxşı oyun nümayiş etdirə bilsin, futbolçularımızın əhval-ruhiyyəsi yüksəlsin”.