Burada da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə “La Repubblica” nəşrinə müsahibəsində deyib.
İtaliyalı mütəxəssis şəhərin gözəl olduğunu bildirib:
“Havalar soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir”.
O, dünyadakı siyasi gərginlik fonunda Azərbaycanda hər hansı müharibə narahatlığının hiss olunmadığını söyləyib.