Byazi: Bu, Azərbaycan üçün tarixi nəticədir!

Byazi: Bu, Azərbaycan üçün tarixi nəticədir!

Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Şimali Makedoniyaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis ilk 15 dəqiqədə yaxşı oynamadıqlarını etiraf edib:

“Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm. Topla yaxş oynaya bilmirdik, hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu”.

66 yaşlı baş məşqçi bildirib ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyac var:

“Futbolçularımdan həmişə yerlə oynamalarını, topla daha çox davranmalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm”.

Teqlər: