BVGA Azərbaycanın dənizdə külək enerjisi potensialını qiymətləndirəcək

Xəbər - Ləman Zeynalova – Trend:

Böyük Britaniyanın “BVG Associates” (BVGA) Azərbaycanın dənizdə külək enerjisinin potensialının qiymətləndirilməsi üçün Dünya Bankı və Azərbaycan hökuməti ilə birgə işləyir.

AzerTimes bu barədə şirkətə istinadən məlumat verir.

Azərbaycan dənizdə külək enerjisinin istifadəsi sahəsində Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb:

“Bizim fəaliyyətimiz çərçivəsində dənizdə külək enerjisinin inkişafı üçün yol xəritəsi hazırlanacaq. Bu, anlaşma memorandumunun əsas məqsədlərindən biridir. Memorandumun digər məqsədləri bərpa olunan enerji mənbələrinin istifadəsinə kömək və maliyyə dayanıqlığının və eneji sektorunun səmərliliyinin artırılmasında özəl sektorun iştirakının dəstəklənməsidir”.


BVGA Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üçün ən yaxşı yerləri müəyyənləşdirmək məqsədi ilə Dünya Bankının komandası ilə işləyəcək. Yol xəritəsi geoməkan təhlili, xərclərin modelləndirilməsi və iqtisadi təhlil, tədarük zənciri və infrastrukturn dəyərləndirilməsi, sosial və ekoloji təsirlərin qiymətləndirilməsini əhatə edəcək.

Şirkət 2021-ci il ərzində “Atkins” və “Encotec” şirkətlərinin texniki dəstəyi ilə yol xəritəsinin reallaşdırılmasına rəhbərlik edəcək.

Teqlər: