BVF yanvar hesabatının dərcini bir həftə təxirə salıb

Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın perspektivlərinə dair yanvar hesabatının dərcini bir həftə təxirə salıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi BVF-nin mətbuat katibinə istinadən xəbər verir.

Məlumata əsasən, hesabatın dərc edilməsi sənədin hazırlanmasında pandemiya ilə bağlı son hadisələrin nəzərə alınması üçün təxirə salınıb.


Bildirilir ki, yanvarın 19-u dərc edilməsi planlaşdırılan hesabat yanvarın 25-i dərc ediləcək.

Teqlər: