Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün fövqəladə
maliyyələşdirməni artırıb və gələcək maliyyələşdirmə üçün xüsusi
hesab açıb.
Trend “UNİAN”a
istinadən xəbər verir ki, bunu BVF-nin icraçı direktoru Kristalina
Georgiyeva deyib.
“BVF Ukraynaya təxirəsalınmaz xərc ehtiyaclarını ödəməyə kömək
etmək üçün təcili maliyyələşdirməni 1,4 milyard dollar artırıb.
Keçən həftə biz həmçinin Ukrayna üçün gələcək maliyyələşdirmənin
təhlükəsiz yolunu təmin edən xüsusi hesabı işə saldıq. Biz
beynəlxalq tərəfdaşlarla tələb olunacaq genişmiqyaslı bərpa
səylərinə hazırlaşırıq”, – Georgiyeva bildirib.
O, əlavə edib ki, prioritetlər Ukraynada müharibəyə son qoymaq,
pandemiya, inflyasiya və borclanma ilə mübarizədir.