Beynəlxalq Valyuta Fondu və Kiyev 15,6 milyard dollarlıq yardım proqramından 1,1 milyard dollarlıq tranşın ayrılması barədə razılığa gəlib.
AzerTimes xəbər verir ki, müvafiq bəyanatı Beynəlxalq Valyuta Fondu yayıb.
Bəyanata görə, fondun qərarının səbəbi hərbi münaqişə kontekstində Ukraynanın makroiqtisadi sabitliyini qorumaq üçün nəzərdə tutulmuş siyasətə düzəlişlər və islahatlara dair razılaşmaların əldə edilməsidir.