BVF rəsmiləri Kiyevə səfər edəcəklər: 1,1 milyard dollar…

BVF rəsmiləri Kiyevə səfər edəcəklər: 1,1 milyard dollar…

Beynəlxalq Valyuta Fondu gələn həftə Ukrayna rəsmiləri ilə görüşərək müharibədən əziyyət çəkən ölkənin büdcə proqnozunu nəzərdən keçirəcək və 15,6 milyard dollarlıq yardım proqramından növbəti 1,1 milyard dolları ayırıb-ayırmayacağına qərar verəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, BVF komandası sentyabrın 4-dən etibarən təxminən bir həftə ərzində ölkəyə səfər edəcək:

“May ayında son araşdırma üçün BVF Kiyevdə Ukrayna hakimiyyəti və digər maraqlı tərəflərlə, Polşanın paytaxtı Varşavada görüşlər keçirib”.

Teqlər: