BVF Azərbaycanda işsizlik səviyyəsinin azalacağını proqnozlaşdırır

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 5,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook” hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2019-cu ildə bu göstərici 6,5 faiz təşkil edib.

BVF 2022-ci ildə Azərbaycanda işsizlik səviyyəsinin 5,7 faizədək azalacağını proqnozlaşdırır.

Eyni zamanda BVF proqnozlarına əsasən, Azərbaycanda ümumi daxili məhsul 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz artacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: