BVF Azərbaycanda illik inflyasiya ilə bağlı yeni proqnozunu açıqlayıb

2022-ci ildə Azərbaycanda inflyasiya 12,3 faiz səviyyəsində
proqnozlaşdırılır.

Trend bu barədə
Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook”
hesabatına istinadən məlumat verir.

Proqnoza əsasən, 2023-ci ildə bu göstərici 8,7 faiz səviyyəsində
olacaq.

Qeyd edək ki, 2022-ci ilin martında Azərbaycanda qeyri-ərzaq
inflyasiya 6,6 faizədək, xidmətlər üzrə inflyasiya 10 faizədək
çatıb. Ərzaq inflyasiyası 16,8 faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: