Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ildə Azərbaycan üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün 82,5 dollar olacaq.
Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə “Regional Economic Outlook” hesabatına istinadən məlumat verir.
Proqnoza əsasən, 2022-ci ildə Azərbaycan üçün fiskal itkisiz neft qiyməti 66,4 dolar/barel olacaq.
Eyni zamanda 2021 və 2022-ci illərdə Azərbaycan üçün xarici ticarət üzrə neftin fiskal iktisiz qiymətləri müvafiq olaraq 98,6 dollar/barel və 98 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)