Buzovnada “Şəhidlər bulağı”nın açılışı olub (FOTO)

29 aprel 2022-ci il tarixdə Buzovna qəsəbəsində yerləşən 26
saylı tam orta məktəbdə Şəhidlər bulağının açılışı olmuşdur.
Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Rauf
Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov,
şəhidlərin ailə üzvləri, məktəbin rəhbərliyi, müəllim və şagird
kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasim məktəbin akt zalında şəhidlərimizin xatirəsinə həsr
edilmiş ədəbi-bədii kompozisiya ilə başlamışdır. İlk öncə
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra
torpaqlarımızn azadlığı uğrunda şəhid olan Vətən övladlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Yaqut
Məmmədova qonaqları salamladıqdan sonra söz şagirdlərə verildi.
Qonaqlar şagirdlərin ifasında Vətənə, torpağa, şəhidlərimizə həsr
olunmuş şeirlər, mahnılar dinlədi, rəqslərə tamaşa etdilər.

Sonra tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin
təqdimatında “Şuşa ili”nə həsr olunmuş sərgi ilə tanış oldular.

Sərgidən sonra şəhid ailələrinin iştirakı ilə məktəbin həyətində
yerləşən Şəhidlər bulağının açılışı oldu. Buzovna Cümə məscidinin
axundu Soltan Əlizadə şəhidlərimizin ruhuna dualar oxuyaraq onlara
Allahdan rəhmət dilədi.

Açılış mərasimində çıxış edənlər Vətənin müdafiəsi uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin
hörmətlə yad edərək, şəhid ailələrinə səbr dilədilər. Natiqlər
tədbirdə iştirak edən şagirdlərə şəhidlərin qanı hesabına
qazanılmış müstəqil Azərbaycanın layiqli övladları olmağı
arzuladılar.

Teqlər: