Buzlu yol yaşlı kişinin ölümünə səbəb oldu

Buzlu yol yaşlı kişinin ölümünə səbəb oldu

Biləsuvarda 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb.

AzerTimes Azərtac-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Biləsuvar rayonunda baş verib.

Rayon sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb.

Bildirilir ki, 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buzlu yolda yıxılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: