Bütün xarici aviaşirkətlər təhlükəsizlik səbəbi ilə İsrailə uçuşları dayandırıb.
Trend xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Məlumata əsasən, aviaşirkətlər Qəzza zolağından davam edən raket hücumlarını nəzərə alaraq təhlükəsizlik səbəbi ilə uçuşları dayandırıblar.
Bildirilir ki, İsrailə ən son uçuşları Birləşmiş Ərəb Əmirliklərinə məxsus aviaşirkətlər dayandırıb.