Bütün soydaşlarımızı mitinqə dəvət edirik – Bəyanat

Bütün soydaşlarımızı mitinqə dəvət edirik – Bəyanat

Avropada yaşayan Güney azərbaycanlılar mitinq keçirməyi planlaşdırırlar. İstəyirik ki, bütün soydaşlarımız bu mitinqə hazır olsunlar və bu mitinq haqqında hamıya məlumat versinlər.

AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq və Ədalət Yürüşü”nün Koordinasiya Mərkəzinin sözçüsü Saleh Kamrani və Şərifə Cəfəri məlumatında deyilir.

“Beş aydan artıqdır ki, İranda ictimaiyyət tərəfindən böyük etirazlar səslənir. İranda yaşayan azərbaycanlılar və digər türk millətləri siyasi, iqtisadi, ekoloji fəlakətlərə və ağır vəziyyətlərə məruz qalıblar. Biz – Avropada yaşayan Azərbaycan türkləri bu vəziyyətə səssiz qala bilmirik və mitinq keçirməyə hazırlaşırıq”, – bəyanatda bildirilir.

Qeyd edək ki, soydaşlarımızın planlaşdırdığı “Azadlıq və Ədalət Yürüşü”nə İranda yaşayan bütün millətlər dəvət olunacaq. Mitinqin yeri və vaxtı haqda növbəti açıqlamada məlumat veriləcək.

Teqlər: