Bütün şəhəri bir anda qardan təmizləmək mümkün deyil, istər Bakı olsun, istər Paris – İcra başçısı

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Bu gün Bakıda nə az, nə çox – 5 min küçə mövcuddur. Bakının bir tərəfindən o biri tərəfinə qədər olan məsafə 138 kilometrdir.

Bunu AzerTimes-a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov şəhərin qardan təmizlənməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, bu 5 min küçəni bir anda qardan təmizləmək mümkün deyil, istər Bakı olsun, istər Paris:


“Bu proses qrafik əsasında realizə olunurdu və olundu. Onun nəticəsidir ki, bir sutkadan sonra Bakıda bütün yollar və səkilər açılmışdı”.

Teqlər: