Bütün regionlarda yarımçıq tikililərin monitorinqi aparılacaq – Nazir müavini

İqtisadiyyat Nazirliyində işçi qrup da yaradılıb, bütün regionlarda yarımçıq tikililərin monitorinqi aparılacaq.

AzerTimes-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisdə çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, dövlət büdcəsindən investisiya layihələrinə ayrılan vəsaitlər hər il azalmaqla təsdiq edilir: “Bununla əlaqədar İqtisadiyyat Nazirliyində geniş tərkibdə işçi qrupu yaradılıb. Dövlət investisiya proqramlarının tərtibi yenidən işlənəcək. Bu qrup tərəfindən bütün yarımçıq qalmış tikililərin monitorinqi aparılacaq və müvafiq təkliflər hazırlanacaq. Bu tikililərin sadəcə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmur. Özəlləşdirmə və s. kimi təkliflər də nəzərdə tutulur”.

Teqlər: