Bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidirlər – Şahmar Mövsümov

Xəbər - Elçin Mehdiyev – Trend:

İnkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb. İnkişaf edən ölkələrin bir çoxunda isə 10 faizə çatmayıb. Təbii ki, bu qeyri-bərabər, ədalətsiz yanaşmadır.

AzerTimes-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu qlobal pandemiyadır, hansısa bir ölkə bunu bitirə bilməz, bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu tezliklə bitsin.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Prezident İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunun açılışında çıxış edib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər.

Teqlər: