Bütün naliyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub – Rauf Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə 12 aprel 2022-ci il tarixdə cari ilin birinci rübünün
yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Prezident İlham
Əliyev müşavirədə çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət
bildirmişdir. Keçən 2021-ci ili qiymətləndirərkən cənab Prezident
bildirmişdir ki, bu il ölkəmizin həyatında çox əlamətdar bir il
olmuşdur. Keçən il qarşıya qyulan əsas məqsədimiz həm azad edilmiş
torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq
müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Azərbaycan hər iki
istiqamət üzrə məqsədlərinə nail olmuşdur.

Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas
verir ki,qarşıya qoyulmuş bütün vəzifələr icra edilmişdir. İlk
növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və
dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul
etmişlər. BMT xətti ilə Şuşa şəhərində beynəlxalq tədbir
keçirilmişdir – Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr
edilmiş tədbir. Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu
göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan
qurumdur.

30 ilə yaxın bir müddətdə yerinə yetirilməyən BMT-nin
qətnamələrini cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan xalqı güc vasitəsilə həll etdi.

BMT –dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama
Hərəkatına hazırda Azərbaycan sədrlik edir və bütün üzv dövlətlərin
razılığı ilə sədrlik bir il daha da uzadılmışdır. Qoşulmama
Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş
münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı
şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə,
həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy
olmuşdur;

Dünyada nüfuzlu beynəlxalq təşkilatlardan sayılan İslam
Əməkdaşlıq Təşkilatı da işğal dövründə dəfələrlə Azərbaycanın haqlı
mövqeyini əks etdirən qərar-qətnamələr qəbul etmişdir.

Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin
müharibədən sonra daha intensiv xarakter aldığını bildirmişdir.
Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul
etmişdir. Prezident İlham Əliyevin Brüssselə son səfəri zamanı
imzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə
həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan
əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6
aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə
edilmişdir.

Birinci rübün yekunları qiymətləndirərkən Prezident İlham Əliyev
bildirmişdir ki, ölkəmizin iqtisadi göstəriciləri çox müsbətdir.
Ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatı 10 faizdən
çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir,
ancaq qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur.
İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın
azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı
payının aşağı düşməsi – bütün bunlar iqtisadiyyatımızın inkişafını
göstərir.

Öləmizin xarici ticarət dövriyyəsi 60%-dən çox artıb. İxrac
təxminən iki dəfə artıb. Bütün bu nəticələr Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş miqyaslı iqtisadi
ilahatların nəticəsində əldə olunmuşdur.

Prezident İlham Əliyev qeyd etmişdir ki, “Bütün bu naliyyətlər
Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kəsdən bir
manat dəstək almamışıq. Azad edilmiş torpaqlar da yüz faiz daxili
imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı
kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal
dövründə, nə də sonra”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş,
balanslaşdırılmış xarici siyasət, ölkəmizdə həyata keçirilən geniş
miqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində, sosial-iqtisadi
sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlar
qazanılmışdır və bundan sora da Azərbaycan öz gücü hesabına qarşıya
qoyulmuş bütün məqsədlərinə çatacaq.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: