Xəbər - Samir Əli – Trend:
Azərbaycan Silahlı Qüvələrində vaksinasiya prosesi strategiyaya tam uyğun həyata keçirilir.
AzerTimes-ın məlumatına görə, bunu Silahlı Qüvvələrin baş sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov deyib.
O, bildirib ki, ilkin olaraq orduda risk qrupuna daxil olan şəxslər vaksinasiya olunacaq:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “COViD-19” əleyhinə 2021-2022-ci il illərdə vaksinasiya strategiyasına uyğun olaraq Müdafiə naziri tərəfindən sərəncam imzalanıb.
Vaksinasiyanın həyata keçirilməsi üçün Bakı Qarnizonunda, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad olunmuş və digər ərazilərdə müvafiq hospitallarda peyvənd qrupları yaradılıb. Bütün hospitallar peyvəndləmə prosesi üçün lazımi avadanlıqlarla təmin edilib”.
Polkovnik-leytenant deyib ki, Azərbaycan Ordusunda vaksinasiya prosesi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və göstərişlərinə uyğun olaraq aparılır.