Xəbər - Elçin Mehdiyev -Trend:
Azərbaycanın mövqeyi tamamilə beynəlxalq qanunlarla üst-üstə
düşür. Münaqişənin həlli beynəlxalq qanunlara uyğun olaraq və
Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə uyğun
şəkildə həyata keçirildi.
Trend xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı
Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə
iclasında çıxışında söyləyib.
Deputat bildirib ki, münaqişə artıq sona çatıb və biz regionda
yeni reallıqlar yaratmışıq və bu reallıqlar Avropa tərəfindən
dəstəklənir
“Mən şadam ki, beynəlxalq təşkilatlar regionda tərəfdaşlığın və
əməkdaşlığın tərəfdarıdır. Biz regiona sülh gətirmək üçün bütün
beynəlxalq platformalardan istifadə etməyə hazırıq. Əsirlər və
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəni irslə bağlı
bir çox ittihamlar var. Nəzərinizə çatdırmaq istəyirəm ki, bütün
əsirlər Ermənistana geri qaytarılıb.
Münaqişə bitdiyi üçün Azərbaycan Ermənistanla sərhədlərin
delimitasiya və demakrasiyasına hazır olduğunu bəyan edib. İki ölkə
arasında kommunikasiyaların açılması regiona sülh və əminamanlıq
gətirəcək. Mədəni irslə bağlı iddialara gəlincə isə Azərbaycan
beynəlxalq monitorinq və qiymətləndirmənin həyata keçirilməsinə
açıqdır.
Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlının
itkin düşub və hələ də onlardan taleyi ilə bağlı heç bir məlumat
yoxdur.”, – deyə deputat əlavə edib.