Bütün dünyaya yanını göstərdi

Bütün dünyaya yanını göstərdi

Ukraynada keçirilən “Eurovision 2017” beynəlxalq mahnı yarışmasında qalmaqal yaşanıb. Final şousunun sonunda “Eurovision 2016″nın qalibi Camala səhnədə yeni mahnısını təqdim edərkən, naməlum bir kişi səhnəyə çıxıb. O, şalvarını aşağı salıb və çılpaq arxasını göstərib. Onun bu hərəkəti canlı olaraq bütün dünyaya yayımlanıb. Zalda olan mühafizəçilər dərhal onu səhnədən endirib.

Naməlum kişinin bu hərəkəti gecə ilə bütün dünya mətbuatının baş xəbərinə çevrildi. Sosial şəbəkələrdə isə bu hadisə ən müzakirə olunan xəbər oldu.

Ukrayna mətbuatı isə həmin şəxsin kimliyini açıqlayıb. Məlum olub ki, səhnəyə çıxan dünyaca məşhur və qalmaqallı pranker Vitaliy Sedyukdur. O, daha əvvəl də qeyri-adekvat hərəkətləri ilə gündəmə gəlib. İndiyədək onun Uill Smit, Kim Kardaşyan, Adel ilə də qalmaqalları olub. Həttə qırmızı xalçada Kim Kardaşyanın arxasını öpməyə cəhd etdiyinə görə, porno ulduz onu məhkəməyə verib.

Digər mənbə isə Vitaliy Sedyukun dərhal həbs olunub. Bu zaman o, polis əməkdaşlarına müqavimət göstərib. İlkin olaraq 72 saat müddətinə həbs olunan prankerin 5 il müddətinə azadlıqdan həbs oluna biləcəyi də deyilir.