ABŞ, İsveçrə, Yaponiya və Böyük Britaniyada həkimlər uşaqlar arasında az tanınan tənəffüs sinsitial virusu ilə kütləvi yoluxma hallarını qeyd ediblər.
AzerTimes-ın məlumatına görə, ABŞ -da Nyu-York xəstəxanalarının birində uşaq yoluxucu xəstəliklər şöbəsinin müdiri Rabia Ağa bildirib ki, uşaqların yeni bir virusa yoluxma halları, aprel ayında tənəffüs sinsitial viruslarının yayılmasına təsir edən COVID-19 pandemiyası fonunda baş verib. Karantin tədbirləri səbəbindən uşaqlarda virusa qarşı immunitet yaranmayıb.
Körpələr və uşaqlar arasında RSV virusuna yoluxma hallarının artması koronavirus tədbirlərinin zəifləməsindən sonra baş verib.