Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir – Ermənistanın sabiq prezidenti

Xəbər - Orxan Nəbiyev – Trend:

Bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu məsələdə bizim müttəfiqimiz yoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

O qeyd edib ki, Ermənistan bu məsələdə həlledici səsə malik deyil.

O, həmçinin Robert Koçaryanın Şuşa və Hadrutu qaytarmağın mümkünlüyü barədə fikirlərini şərh edib:

“Bu, yeni problemlərə gətirib çıxara bilər. Koçaryan yeni müharibə vəd edir. Bütün dünya Qarabağı Azərbaycanın hissəsi kimi qəbul edir. Dünyanın qəbul etdiyi qayda budur”.

Teqlər: