Butan Kralı Ciqme Kxesar Namqyal Vanqçuk bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edilib.
AzerTimes xəbər verir ki, bu barədə krala etimadnaməsini təqdim edən səfir Elçin Hüseynli deyib.
O, kralla söhbət zamanı 12-13 noyabr tarixlərində Bakıda keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Butan Kralına dəvət məktubunun ünvanlandığını diqqətə çatdırıb.