Sabiha Gökçen aeroportu əlverişsiz hava şəraiti ilə əlaqədar
təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq
edib.
AZAL-dan AzerTimes-a verilən məlumata görə, bu səbəbdən “Buta
Airways”in J2-9103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen) reysini
həyata keçirən hava gəmisinin kapitanı Ankaranın Esenboğa
beynəlxalq hava limanında (ESB) enməyə qərar verib.
Təyyarə yerli vaxt ilə saat 11:52-də uğurlu eniş edib.
Sabiha Gökçen aeroportu icazə verəcəyi təqdirdə təyyarə
İstanbula yola düşəcək.