“Buta Airways”in 28 fevral tarixində Bakıdan Kiyevə həyata keçirilməli olan uçuşu ləğv olunub

Azərbaycanın “Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının
bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev
reysini ləğv edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq, ləğv edilmiş reyslərin
sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən
aviabiletləri geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin
rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

• facebook.com/ButaAirways

• instagram.com/ButaAirways

• twitter.com/ButaAirways

• t.me/ButaAirways

Teqlər: