Buta Airways Azərbaycandan Qazaxıstana uçuşlar yerinə yetirməyə başlayır

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti aprelin 5-dən etibarən
Bakı-Aktau-Bakı marşrutu üzrə müntəzəm reyslərin yerinə
yetirilməsinə başlayır.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən AzerTimes-a
bildirilib ki, uçuşlar həftədə 3 dəfə – çərşənbə axşamı, cümə və
bazar günləri həyata keçiriləcək.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından
(“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin
aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super”
tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş
zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında
xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində
uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Qazaxıstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının
bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə
Qazaxıstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd
edilmişdir: https://www.butaairways.az/az/covid/kazakhstan

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların
siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: https://www.butaairways.az/az/covid/clinics

Qazaxıstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək
zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun
həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun
mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli
keçməyə kömək edəcəkdir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl
72 saat ərzində etibarlı olmalıdır.

Teqlər: