Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib

NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma
sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında
mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar
Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu
üzrə bugünki reysini ləğv edib.

“Buta Airways”in mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər
tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara
bilərlər.


Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin
rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik.

Teqlər: