Buster dozadan əlavə vaksin vurulmalıdır? – ÜST-dən AÇIQLAMA

Hər hansı bir peyvənd dozasının (birinci, ikinci və ya buster)
tətbiqi ilə bağlı tövsiyələr fayda və risklərin hərtərəfli nəzərə
alınması da daxil olmaqla, peyvəndin təhlükəsizliyi və
effektivliyinə dair mövcud sübutların qiymətləndirilməsinə
əsaslanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən
bildirilib.

Qeyd olunub ki, mövcud sübutlara əsasən, ÜST və ÜST-nin Avropa
Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının
əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan
artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.

“ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları
nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla,
COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar
təqdim edəcək”, – deyə əlavə edilib

Teqlər: