Xəbər - Humay Ağacanova – Trend:
“Buster” doza insanlarda immuniteti 2 həftə sonra gücləndirir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, bu gün bütün dünyada COVID-19-la mübarizənin ən düzgün yolu vaksinayadır.
“”Buster” doza vurulandan sonra qoruyuculuğun xeyli artması elmi araşdırmalarla təsdiq olunub. Ona görə də bir sıra ölkələr tövsiyə edib ki, “buster” doza qəbul edilsin. Azərbaycan da həmin elmi araşdırmaları və beynəlxalq təcrübəni nəzərə alaraq, vətəndaşlarına “buster” doza tövsiyə edib.
Güman edirik ki, sonuncu dalğa daha qısamüddətli olacaq. Risk qrupuna aid olan şəxslər ilk növbədə “buster” doza almalıdır. Həmçinin, qoyulan qaydalara da ciddi əməl edilməlidir”, – deyə o əlavə edib.