ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya Prezidenti Vladimir Putinin Ağ Evin o vaxtkı rəhbəri Corc Buşa ünvanladığı “Ukrayna hətta ölkə deyil” sözlərini, habelə Ukraynanı məhv etməklə hədələməsini ciddi qəbul etməyib.
AzerTimes xəbər verir ki, bu barədə MKİ-nin keçmiş direktoru və ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta bildirib.
O qeyd edib ki, ABŞ Putinin dediklərinin hamısına – xüsusən də onun keçmiş SSRİ-nin suverenlik əldə etmiş respublikaları ilə bağlı sözlərinə inanmır:
“Digər şeylər arasında – Ukrayna haqqında. Amma boş yerə. Berlin divarının yıxılması və SSRİ-nin dağılmasından sonra öz dövlətlərini qurmağa başlayan keçmiş SSRİ respublikalarını biz həmişə suveren kimi qəbul etmişik. Bu dövlətçilik, Amerika liderlərinin fikrincə, nə o zaman, nə də gələcəkdə ləğv edilə bilməz”.
Həmçinin, onun sözlərinə görə, ABŞ Putinin 2014 və 2022-ci illərdə Ukraynaya hücum planlarını dayandırmaq üçün daha çox şey edə bilərdi:
“Putinin xüsusiyyətlərindən biri də özünü zəif hiss edəndə hərəkətə keçməsidir. Krımın ələ keçirilə biləcəyini görəndə fürsətdən istifadə etdi. O, Gürcüstan və Suriyanı da işğal edib. O, ABŞ-ın seçki sisteminə hücum edib və bunu davam etdirir. ABŞ Putinə kifayət qədər cavab vermir. O, hələ də bunu zəiflik kimi qəbul edir və təkrar-təkrar bundan istifadə edir”.