“Soyuq havaya çıxanda burunda tutqunluq, tıxanıqlıq yaranır ki,
bunun da səbəbi burun boşluğunda olan kapilyarların genişlənməsi,
burunda olan qoruyucu mexanizmlərin işə düşməsi və bu zaman selikli
qişanın şişməsidir”.
Mərkəzi Gömrük Hospitalının həkim-otolarinqoloqu Elvin Əzizov
ATV-nin “Səhər” proqramına bu mövzuda müsahibə verib. Süjeti
Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz.
Süjetin linkini Sizə təqdim edirik. https://youtu.be/RX6LGvaLv-w
Qeyd edək ki, son zamanlar geniş yayılmış virus xəstəlikləri
zamanı əsas əlamətlərdən biri də burun tutulmasıdır. Soyuq havaya
çıxanda burunda tutqunluq, tıxanıqlıq yaranır ki, bunun da səbəbi
burun boşluğunda olan kapilyarların genişlənməsi, burunda olan
qoruyucu mexanizmlərin işə düşməsi və bu zaman selikli qişanın
şişməsidir.
Həmçinin toz hissəcikləri və yaxud yuxarı tənəffüs yollarının
kəskin respirator infeksiyaları zamanı burun boşluğuna düşmüş
bakteriyalar və viruslar nəticəsində də burunun selikli qişasının
qoruyucu funksiyası işə düşür və həmin vaxt burunda tıxanıqlıq
yaranır. İnsanlar əksər hallarda bu problemin qarşısını həkim
məsləhəti olmadan almağa çalışır, apteklərdən müxtəlif burun
spreyləri alaraq istifadə edirlər. Lakin mütəxəssislər bu kimi
vasitələrdən tez-tez istifadəni tövsiyə etmirlər.