Burkina-Fasonun şimalında baş verən hücumda ən azı 19 nəfər ölüb

Burkina Fasonun Sanmatenqa vilayətində naməlum silahlı şəxslər tərəfindən azı 10 mülki şəxs və ölkənin daha 9 təhlükəsizlik qüvvəsinin əməkdaşı öldürülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Sinxua” agentliyi ölkə hökumətinin mətbuat katibi Usseyni Tamburaya istinadən bildirib.


Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.