Burkina-Fasoda hərbi tribunal ölkənin sabiq prezidenti Blez
Kompaoreni qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib.
Trend-in
məlumatına görə, B.Kompaore sələfi Toma Sankaranın qətlində
iştirakda təqsirli bilinib.
Ümumilikdə, 1987-ci ildə dövlət çevrilişi zamanı qətlə
yetirilmiş T.Sankaranın ölümü ilə bağlı 10 nəfər mühakimə olunub.
İttiham olunanlardan biri general Jilber Dyendere də 2015-ci ildə
ömürlük həbs olunmuşdu.
Sabiq prezident Blez Kompaore 1987-ci ildən 2014-cü ilədək
Burkina-Fasoya rəhbərlik edib. 2014-cü ildə genişmiqyaslı
etirazlardan sonra B.Kompaore ölkəni tərk edərək Kot-d’İvuara
gedib.