Burkina Fasonun şimalında silahlı hücum törədilib.
Trend TASS-a isitnadən xəbər verir ki, qarşıdurma nəticəsində 14 əsgər də daxil olmaqla azı 47 nəfər öldürülüb.
Belə ki, silahlılar Sahel bölgəsində yerləşən Arbinda və Qorqadji şəhərləri arasındakı yolda pusqu qurub. Toqquşma nəticəsində 14 əsgər, üç polis və 30 mülki şəxs həlak olub, 16 silahlı zərərsizləşdirib.
Bölgəyə əlavə ordu birlikləri göndərilib. Araşdırıma aparılır.