Burkina-Fasoda partlayış törədildi, 6 uşaq öldü

Burkina-Fasoda partlayış törədildi, 6 uşaq öldü

Afrikada yerləşən Burkina-Fason ölkəsinin şimalında partlayış olub.

Nəticədə 6 uşaq ölüb, 4 azyaşlı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. İnsident Tanqay kəndində baş verib. Uşaqlar mal-qara otararkən qəfildən partlayış baş verib.

Partlayışı hansı qruplaşma törətdiyi məlum deyil.

Hazırda heç bir kriminal qruplaşma hadisəni öz üzərinə götürməyib.