Burkina Fasoda kəndə silahlıların hücumu nəticəsində ölənlərin sayı 160-a çatıb

Burkina Fasonun Solxan kəndinə iyunun 5-nə keçən gecə silahlıların hücumu nəticəsində ölən mülki vətəndaşların sayı 160-a yüksəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Presse” (AFP) agentliyi bildirib.

Məlumata əsasən, ölənlər arasında 20-yə yaxın azyaşlı olub.


Ölkə hökuməti faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.