Burkina-Faso prezidenti istefa verərək ölkəni tərk etdi

Burkina-Faso prezidenti istefa verərək ölkəni tərk etdi

Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina-Faso Prezidenti, polkovnik-leytenant Pol-Anri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

AzerTimes xəbər verir ki, bu barədə “Radio Frans” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, Damiba qiyamçıların istefa tələbi ilə razılaşıb. Məlumata görə, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb.

Bildirilib ki, Damiba ilə qiyamçılar arasında aparılan danışıqlarda iştirak edən Toqo Prezidenti For Qnassinqbe Burkina-Fasonun keçmiş prezidentinin gəlişinə razılıq verib.

Teqlər: