Bizi Qarabağla vurmaq istəyirdilər. Amma Qarabağda qazanılan qələbədən sonra bizim mübarizəmiz yenidən başladı.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli bildirib.
Deputat ermənipərəst qüvvələrin Azərbaycana artan təzyiqlərindən danışıb və müxalifətə də çağırış edib:
“Bu gün dünyanın bir neçə dövlətindən ölkəmizə qarşı təhdidlər var. Eyni zamanda xaricdə yaşayanların da bizə qarşı qərəzi var. Bildirmək istəyirəm ki, hakimiyyətə nifrəti dövlətə təsir etməli deyil. Buradan həmkarlarıma, müxalifətə səslənirəm. Eybi yoxdur, qoy məni söysünlər. Amma onlar bilməlidirlər ki, bizim hələ də mübarizəmiz davam edir, yalnız bir adamın ətrafında birləşməliyik. Son 200 ildə ilk dəfə biz torpaqlarımızı geri qaytarmışıq, bunu kim edib? Ona görə də hər bir azərbaycanlı Prezidentin ətrafında birləşməlidir”.