Burada gördüyümüz mənzərə həqiqətən ürəkağrıdıcıdır – İƏT nümayəndəsi

Xəbər - Elçin Mehdiyev – Trend:

Burada gördüyümüz mənzərə həqiqətən ürəkağrıdıcıdır.

AzerTimes-ın məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə və Gəncəyə səfəri çərçivəsində Qambiyanın İƏT-dəki səfirinin müavini Əbubəkir Cah deyib.

“Biz kifayət qədər dağıntıların şahidi olduq və dua edirəm ki, belə bir faciə bir daha yaşanmasın. Biz burada Azərbaycan xalqına qarşı genişmiqyaslı erməni vəhşiliyinin şahidi oluruq və dünya ictimaiyyəti olaraq bunu qınayırıq, pisləyirik” – deyə, o bildirib.

Gəncədə Ermənistan tərəfidən mülki insanlara qarşı raket atılmasına münasibət bildirən Ə.Cah qeyd edib ki, burada insan tələfatı olub və mülki insanlara qarşı bu cür hərəkət böyük bir terrorun nümunəsidir.

Teqlər: