Bura Rusiya ilə NATO arasında döyüş meydanına çevrilib

Bura Rusiya ilə NATO arasında döyüş meydanına çevrilib

Arktika Rusiya ilə NATO arasında siyasi döyüş meydanına çevrilib.

AzerTimes xəbər verir ki, bunu Arktikanın inkişafı üzrə Dövlət Komissiyasının üzvü Maksim Dankin deyib.

“Təəssüf ki, bu, artıq baş verib. Biz Qərb dünyasının təkcə öz təsirini gücləndirməyə deyil, həm də bu ərazidə Rusiyanın inkişafını cilovlamağa yönəlmiş hərbiləşdirilmiş siyasət yürütdüyünü görürük”, – deyə ekspert bildirib.

O əlavə edib ki, Arktika regionu birgə elmi tədqiqatlar baxımından son dərəcə əhəmiyyətlidir, lakin ölkələr arasında bir çox əlaqələr pozulub.

Teqlər: