Biz yaxşı bilirik ki, Cənubi-Çin dənizi dünyanın qaynar nöqtələrindən biri olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell Brüsseldə jurnalistlərin suallarına cavabında deyib.
“Faktiki olaraq dünyada üç qaynar nöqtə mövcuddur. Qara dəniz, Qırmızı dəniz və Cənubi-Çin dənizi… Biz Qara dəniz və Qırmızı dənizə xüsusi diqqət yetiririk, çünki onlar daha yaxındadır. Lakin Cənubi-Çin dənizində də gərgin vəziyyəti anlayırıq və bizim təhlükəsizlik siyasətimizin diqqət mərkəzindədir”, – deyə diplomat bildirib.