Bütün tərəflərin konstruktiv mövqe nümayiş etdirməsini faydalı sayırıq. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması üçün var gücümüzlə çalışacağıq.
AzerTimes xəbər verir ki, bunu Qətərdə səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Bölgə ölkələri kimi, üçüncü tərəflərin öz qarşıdurmalarını bu coğrafiyaya daşımasını istəmirik. Yeganə zərərçəkmiş Qəzza xalqıdır”, – H.Fidan qeyd edib.