Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılmasına münasibət bildirərkən deyib.
“Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək”, – Çavuşoğlu qeyd edib.