Gürcüstan və Azərbaycan münaqişə ilə üzləşmiş ölkələrdir. Bizim region uzun müddət münaqişələrdən, işğaldan əziyyət çəkib.
AzerTimes xəbər verir ki, bu sözləri iyunun 15-də IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili deyib.
O həmçinin bildirib ki, Ukraynada gedən müharibə qlobal düzəni müəyyənləşdirəcək:
“Qonşusunun ərazisini işğal etmək qəbulolunmazdır və bunun işğalçı üçün nəticələri olmalıdır”.